Şəmkir sakini İcra Hakimiyyətinin qarşısında özünü yandırıb - AÇIQLAMA
Şəmkir rayon sakini İcra Hakimiyyətinin qarşısında intihara cəhd edib.
“Qafqazinfo” xəbər verir ki, rayonun Yeni Həyat kəndində yaşayan 1996-cı il təvəllüdlü İlham Həsənov bu gün İcra Hakimiyyəti binasının qarşısında özünə od vurub.
Dərhal hadisəyə müdaxilə edilib və alov söndürülüb. Yanıq xəsarətləri alan İlham Həsənov xəstəxanaya yerləşdirilib.
İlkin məlumata görə, İlham Həsənov Vətən müharibəsi iştirakçısı olub. İddiaya əsasən, o, sosial problemlərinin həlli ilə bağlı dəfələrlə quruma müraciət etsə də, müraciətlərinə baxılmayıb.
Şəmkir rayon İcra Hakimiyyətindən “Minval.info”ya verilən məlumata görə, hadisəyə səbəb əlillik dərəcəsinin təyinatı ilə bağlıdır: “Yeni Həyat kənd sakini, Vətən müharibəsi iştirakçısı, psixi pozuntulardan əziyyət çəkən və boyun nahiyəsində qəlpə olan, 1996-cı il təvəllüdlü Həsənov İlham Yılmaz oğlu buna qədər Qazax, Şəmkir, Gəncə və Bakı şəhərlərində yerləşən xəstəxanalarda müalicə alıb. Hazırda isə 1 saylı Respublika Psixiatriya Xəstəxanasında müalicəsini davam etdirir. Vətəndaşın müraciəti aldığı müalicələrin heç bir nəticəsinin olmaması və əlillik dərəcəsinin təyin olunmasıdır. Vətəndaşın müraciətləri ilə əlaqədar aidiyyəti təşkilatlar tərəfindən lazımi dəstək göstərilsə də İ.Həsənov müalicəsinin davamı üçün Şəmkir Rayon Mərkəzi Xəstəxanasına gedən valideynlərindən ayrılaraq Şəmkir RİH-in qarşısına gəlib və özünü yandırmağa cəhd edib”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qadın bankaların üzərinə yıxıldı, qarnı deşildi
Son iki gündə yol qəzalarında 8 nəfər ölüb
Azərbaycan 11 yaşlı qızın intihar etməyibmiş - Təfərrüat
Bakıda özəl klinikanın tibb bacısı öldü