Səlim Müslümovun milyonluq mənzili 50 faiz endirimlə satıldı: Alıcı kimdir?
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun müsadirə edilmiş iki mənzilindən biri açıq hərracda satılıb. Bu mənzil artıq beşinci dəfədir ki, hərraca çıxarılırdı.
Minval.info xəbər verir ki, Yasamal rayonu, Mirzə İbrahimov küçəsində yerləşən 370.4 kvadratmetrlik mənzil 50 faiz endirimlə 463 min 125 manata satılıb. Mənzili alan şəxsin kimliyi hələlik açıqlanmayıb.
Digər mənzil isə Binəqədi rayonu, Akademik Ziya Bünyadov prospektində yerləşir və 61.1 kvadratmetr sahəyə malikdir. Bu mənzil satılmadığı üçün avqustun 18-də yenidən hərraca çıxarılacaq və qiyməti 175 min manat olaraq qalacaq.
Xatırladaq ki, Səlim Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs olunmuşdu. Ona qarşı müxtəlif cinayət maddələri ilə ittihamlar irəli sürülmüş və 13 ay həbsdə qaldıqdan sonra ev dustaqlığına buraxılmışdı.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
78 yaşlı kişi nəvəsinin sevgilisini bıçaqladı: dəhşətli hadisə
Oğuzda narkotik ticarəti ilə məşğul olan şəxslər saxlanıldı
Məşhur manyak Çikatilonu ifadə verməyə nə məcbur etdi?
Gəlinini bıçaqlamaqda ittiham olunan şəxs təcridxanada vəfat etdi
Vüsal Şilderin qətli: cinayətin qiyməti 1000 manat olub?
Bakıda 117 min manatlıq dələduzluqda təqsirləndirilən şəxsə hökm oxundu
Sumqayıtda keçmiş yeznəsini aldatdı, məhkəmə qərarı verildi