Şəhid anası koronavirusdan dünyasını dəyişdi

Sumqayıtda şəhid anası koronavirusdan dünyasını dəyişib.
Minval.info-nun məlumatına görə, bir müddət öncə koronavirusa yoluxan Vətən Müharibəsi şəhidi Ruslan İmanquliyevin anası Ramiyyə Səfərova aparılan müalicə tədbirlərinə baxmayaraq dünyasını dəyişib.
Qeyd edək ki, Ruslan İmanquliyev 1996-ci il 14 martda Sumqayıt şəhərində anadan olub. Anası yeganə övladı olan Ruslanı tək başına, atasından heç bir dəstək olmadan böyüdüb. O, Sumqayıt şəhər H.Aslanov adına 22 saylı tam orta məktəbin 9-cu sinfini bitirdikdən sonra 1 nömrəli Sumqayıt şəhər Peşə Liseyinə qəbul olub. Oranı “Telekommunikasiyada kompüter texnikasının istismarı üzrə operator” ixtisası ilə bitirib.
2015-ci il iyun ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt Şəhər İdarəsindən həqiqi hərbi xidmətə çağırılıb və 2017-ci ilin yanvar ayınadək Şəmkir rayon Dəllər qəsəbəsində DSX-nin N saylı hərbi hissəsində Cevik Alay Taborunda xidmət edib. Hərbi sahəyə olan marağı 2019-cı ilin dekabr ayında Ruslan İmanquliyevi Azərbaycan Silahlı qüvvələrinin sıralarına qayıtmağa sövq edib. Ruslan İmanquliyev Pirəkəşkül qəsəbəsindəki N saylı hərbi hissədə Tank Əleyhinə Tağımın qumbaraatan komandiri vəzifəsində MAHHXH qulluqçusu vəzifəsində işləməyə başlayıb. O, işlədiyi müddətdə müxtəlif hərbi təlimlərdə aktiv iştirak edib.
2020-ci il 27 sentyabrda başlamış 2-ci Qarabağ müharibəsinin ilk günündən düşmənlə qarşı-qarşıya ön cəbhədə qəhrəmanlıqla vuruşub. 2 oktyabrda Füzuli istiqamətində gedən ağır döyüşlərdə həlak olub. 3 oktyabrda Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunub. Ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır