Səfərbərlik elan edildikdən sonra 700 min nəfər Rusiyanı tərk edib
Qismən səfərbərlik elan edildikdən sonra təxminən iki həftə ərzində 700 minə yaxın insan Rusiyanı tərk edib.
APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə “Forbes” nəşri məlumat yayıb.
Kremlin hesablamaları ilə tanış olan mənbə “Forbes”ə bildirib ki, səfərbərlik başlayandan bəri Rusiyanı təxminən 1 milyon insan tərk edib.
Prezident Administrasiyasındakı digər mənbənin “Forbes”ə bildirdiyinə görə, söhbət 600-700 min rusiyalıdan gedir. Mənbə neçə rusiyalının turizm məqsədi ilə getdiyini indi hesablamağın mümkün olmadığını söyləyib.
Qazaxıstan daxili işlər naziri Marat Axmetjanov sentyabrın 21-dən 200 mindən çox rusiyalının Qazaxıstana gəldiyini açıqlayıb.
Rusiyanın Helsinkidəki səfiri Pavel Kuznetsov bildirib ki, sentyabrın 21-dən 30-dək 60 minə yaxın rusiyalı Finlandiyaya daxil olub, onların 80%-i digər Avropa ölkələrinə tranzit keçib. Kuznetsov vurğulayıb ki, gedənlərin dəqiq neçə nəfərinin səbəb kimi qismən səfərbərliyi göstərdiyi məlum deyil. Lakin miqrasiya xidmətinin məlumatına görə, 100-ə yaxın insan sığınacaq üçün müraciət edib.
Sentyabrın əvvəlində, qismən səfərbərlik elan edilməmişdən əvvəl Rosstat ilin əvvəlindən 419 min nəfərin Rusiyanı tərk etdiyini bildirib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfə çoxdur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Arzumun azadlığa buraxılması cəmiyyəti iki yerə böldü – Səbəb
Nigar Fərhad haradadır?
"Arzum"un işində barışıq baş tutmayıb: Mərhumun anası razılıq vermir
"Arzum" bu şərtlərlə azadlığa çıxdı
VACİB“Arzum”un qərardan sonra halı pisləşdi, ürəyi getdi
Vaqif Əsədov jurnalistləri təbrik etdi