"Rusiyanın bir neçə istiqamətdə hücumu dəf edilib"
“Rusiya Silahlı Qüvvələri Xarkov istiqamətində işğal olunmuş əraziləri nəzarətdə saxlamaq və qoşunlarımızın irəliləməsinin qarşısını almaq üçün səylərini davam etdirir”.
“Report” xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahının gündəlik operativ məlumatında bildirilib.
Məlumata görə, Rusiya Silahlı Qüvvələri Boqorodiçnı yaxınlığında da hava hücumu həyata keçirib: “Ukrayna hərbçiləri Krasnopillya istiqamətində düşmənin hücumunu uğurla dəf edib. Bir çox məntəqələrdə istilik elektrik stansiyaları yaxınlığına hava zərbələri endirilib. Maryinka istiqamətində qarşı tərəfin növbəti hücum cəhdi tamamilə uğursuz olub. Onlar əsgərlərimizin atəşi altında geri çəkilməli olublar. Qara və Azov dənizlərində düşmənin hərbi-dəniz qrupu əsas səylərini mühüm hərbi və mülki infrastruktur obyektlərinin qanadlı raketlərlə vurulmasına, Hərbi Dəniz Qüvvələrinin və Ukrayna Dövlət Sərhəd Xidmətinin qüvvələrinin və vasitələrinin hərəkətlərinin qarşısının alınmasına yönəldib. Dənizlərdə “Kalibr” qanadlı raket sistemləri hazır vəziyyətdə saxlanılıb”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mövlam Şıxəliyevlə dəstə üzvlərinə hökmün elanı başlandı
Arvadı ilə tutduğu kişini bağışladı, 4 il sonra isə öldürdü – VİDEO
Polis küçələrdə çağırış edir - Video
Putinə “sülh sazişi” üçün çərçivə təklif olunub
Sabahın hava proqnozu açıqlandı
Siyavuş Novruzovun xanımı yeni Ombudsman seçildi