Rusiyalı deputatlar və ekspertlər Lələtəpə yüksəkliyində olublar
Bu gün Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində keçirilmiş “Bakı və Moskva arasında geopolitik ox: Azərbaycan Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqidir” mövzusunda konfransın iştirakçıları cəbhə xəttində strateji Lələtəpə yüksəkliyini ziyarət ediblər.
APA-nın məlumatına görə, Rusiya Dövlət Dumasının Korrupsiya ilə mübarizə üzrə komitəsinin sədr müavini Dmitriy Savelyev, Dövlət Dumasının deputatı Aleksey Yezubov, Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksadr Duqin, məşhur jurnalist, ictimai xadim Maksim Şevçenko, Ekspertlər Klubunun üzvü Valeriy Korovin, Milli müdafiə jurnalının redaktoru, hərbi ekspert İqor Korotçenko, Beynəlxalq Avrasiya Hərəkatının Yaxın Şərq departamentinin direktoru Andrey Xarçenko, İrs İnstitutunun direktoru Yevgeniy Baxrevskiy, ekspert Dmitriy Kruqlıy, Moskva Beynəlxalq Universitetinin kafedra müdiri Sergey Komarov, ekspert Darya Durqin, Beynəlxalq Avrasiya Hərəkatının sədr müavini Sergey Loqinov, Azərbaycan-Rusiya parlamentlərarası İşçi qrupunun rəhbəri, deputat Əli Hüseynli, Azərbaycandakı Rusiya icmasının rəhbəri, deputat Mixail Zabelin, deputat Elman Məmmədov, deputat Fazil Mustafa Lələtəpədə Azərbaycan əsgərləri ilə görüşüblər.
Qeyd edək ki, hərbi strateji əhəmiyyətə malik olan Lələtəpə yüksəkliyi 2016-cı il aprelində Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Polisdə olmuşam, amma narkotik satmaqla saxlanılmamışam” - Video
Mahirin anası: Mənim adımdan həqiqəti əks etdirməyən məlumatlar yazıblar
DİN: Ucarda hər hansı qeyri-adi məxluqa rast gəlinməyib
"Bu, jurnalist dələduzluğudur" - Ziya Məmmədov DANIŞDI
Restoranlar sahiblərinin başı dərddə, nazirlik hərəkətə keçib
“MƏN NİYƏ İSTEFA VERMƏLİYƏM?” – “Mən olmasam, Allah bilir nələr olacaqdı...”