Rusiyadan Azərbaycana narkotik vasitələr gətirən şəxs saxlanıldı
Dövlət Gömrük Komitəsinin (DGK) Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postunun idxal piyada keçid xəttinə daxil olan Rusiya vətəndaşı saxlanılıb.
DGK-dan “Minval.info”ya verilən məlumata görə, saxlanılan şəxsin üzərində aparılmış fərdi yoxlama zamanı narkotik vasitələr aşkar edilib.
Belə ki, onun əynindəki gödəkçənin sağ iç cibində kağız bükülünün içərisindən, ümumi çəkisi 1,525 qram tütünlə qarışıq kütlədə təmiz çəkisi 1,021 qram, 1 ədəd kibrit qutusunun içərisindən çətənə bitkisindən kustar üsulla hazırlanmış təmiz çəkisi 3,957 qram olan narkotik vasitə – marixuana, sellofan bükümdə isə təmiz çəkisi 1,310 qram olan narkotik vasitə – həşiş qətranı aşkarlanıb.
Faktla bağla araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır
