Rusiyada fırıldaqçı azərbaycanlı zabit saxlanıldı
Rusiyanın İrkutsk vilayətinin XİN Baş İdarəsinin “İnterpol” əməkdaşları dələduzluqda təqsirləndirilən və axtarışda olan 38 yaşlı Azərbaycan respublikasının vətəndaşını saxlayıblar.
Oxu.Az irk.ru-ya istinadən bildirir ki, təqsirləndirilən şəxs Azərbaycan silahlı qüvvələrində xidmət edib və üç il əvvəl mayor rütbəsində olduğu zaman istefa verib. Təqaüddə olduğu zaman o keçmiş həmkarlarını aldatma sxemi hazırlayıb.
O, hərbi hospitalda pasiyentlərə pul müqabilində tibbi arayış düzəltmək təklifi edib və bu arayışla onların əlillik üzrə təqaüdə çıxaraq bütün ödənişləri ala biləcəyini söyləyib.
Bu “köməyinin” qarşılığında isə bir neçə min dollar ödəniş götürüb və pulları yığdıqdan sonra yoxa çıxıb.
Respublikanın hüquq-mühafizə orqanları dələduzluq faktı üzrə cinayət işi açıblar. Hazırda azərbaycanlı həbs altındadır və onun Bakıya ekstradisiya məsələsi müzakirə olunur.
https://youtu.be/3zXBIpH-_7M
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır