03.11.2026 - 15:54
Moskvada erməni iş adamının ailəsini qətlə yetirən şəxs ömürlük həbs olundu
Kriminal 217 baxış

Moskvada erməni iş adamının ailəsini qətlə yetirən şəxs ömürlük həbs olundu

Moskva Şəhər Məhkəməsi erməni iş adamı Xoren Qazaryanın həyat yoldaşı və azyaşlı qızını qətlə yetirən Aleksey Melniçuku ömürlük həbs cəzasına məhkum edib. Publika.az xəbər verir ki, bu dəhşətli cinayət 2015-ci ilin fevralında baş verib.

Melniçuk, Moskvanın Şabolovka rayonunda yerləşən Qazaryanların mənzilinə soyğunçuluq məqsədilə daxil olub. Ev sahibəsi onu aşkar etdikdə, Melniçuk qadına hücum edərək onu ən azı iyirmi iki bıçaq zərbəsi ilə qətlə yetirib. Daha sonra isə Qazaryanların azyaşlı qızını öldürüb və 568 min rubl oğurlayaraq hadisə yerindən qaçıb.

Cinayətin üstü yalnız 2025-ci ildə açılıb. Bu müddət ərzində Xoren Qazaryan qətli törətməkdə şübhəli bilinərək, təxminən iki il yarım ev dustaqlığında saxlanılıb. Məhkəmə prosesində Melniçuk cinayətini etiraf edib və bağışlanmasını istəyib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: