Milyonçu Bəxtiyar Dalinin zorlamağa cəhd etdiyi qadın müğənni imiş
Baku.ws-ın məlumatına görə, Novxanı qəsəbəsindəki məşhur imarəti ilə tanınan Bəxtiyar Dalinin (Qaraşov) ittiham olunduğu cinayətin təfərrüatı üzə çıxıb. Hadisə bu ilin iyul ayında Sumqayıt şəhərindəki hotel-restoranlardan birində baş verib.
Bəxtiyar Qaraşov və iki dostu istirahət məqsədilə həmin obyektə gəliblər. Onlar yeyib-içəndən sonra otağa müğənni sifariş veriblər. İddialara görə, Bəxtiyar və dostları mahnı oxuyan xanımlardan birindən oriyental rəqs etməsini tələb ediblər. Xanım müğənni rəqsi bacarmadığını bildirsə də, Bəxtiyar və dostları onu məcbur ediblər. Daha sonra ona pul qarşılığında cinsi əlaqə təklif edilib, lakin o, bunu rədd edib.
Bəxtiyar Dalinin dostlarından biri digər xanımla kabineti tərk edib. Qaraşov isə digər dostu ilə qapını bağlayaraq qalan xanımı zorlamağa cəhd edib. Müğənninin qışqırığına hotelin sahibi və işçilər gəliblər, qapını qıraraq xanımı xilas ediblər. Hadisə yerinə polis əməkdaşları çağırılıb.
ƏLAQƏLİ
Novxanıdakı "milyonluq saray"ın sahibi Bəxtiyar Dalinin ittihamları açıqlandı
Bəxtiyar Dali sərxoş vəziyyətdə saxlanılsa da, dostu hadisə yerindən qaçmağa müvəffəq olub. Polis həmin şəxsi də saxlayıb və istintaqa təhvil verib. Faktla bağlı cinayət işi açılıb və Sumqayıt Şəhər Məhkəməsi hər iki şəxs barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.
Bəxtiyar Dalinin Cinayət Məcəlləsinin 29.149-cu (zorlamağa cəhd) və 145-ci (qanunsuz azadlıqdan məhrumetmə) maddələri ilə ittiham edildiyi məlum olub. O, hazırda Şüvəlandakı istintaq təcridxanasında saxlanılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Moskvada erməni iş adamının ailəsini qətlə yetirən şəxs ömürlük həbs olundu
Etibar Pirverdiyevin maaşı ilə bağlı yeni iddialar ortaya çıxdı
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açıldı
Ukraynadakı əməliyyatda tutulan azərbaycanlıların adları açıqlandı
Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxs həbs edildi
Anasının evinə basqın edərək onu döyən "xeyriyyəçi" saxlanıldı