Boşanma zamanı qadına dələduzluqla 163 min manat ziyan vuruldu
Publika.az-ın məlumatına görə, Ali Məhkəmənin Cinayət kollegiyası külli miqdarda ziyan vurmaqla törədilmiş dələduzluq cinayəti üzrə məhkum edilmiş şəxsin kassasiya şikayətinə baxıb.
İttihama görə, daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olan şəxs, ər-arvad arasında boşanma və əmlak mübahisəsindən istifadə edərək qadını aldadıb. O, qadına məxsus mənzil, avtomobil və pul vəsaitlərini aldatma yolu ilə ələ keçirib.
Hadisə 2021-ci ildə baş verib. Qadına məxsus mənzil başqa şəxsin adına rəsmiləşdirilib və üçüncü şəxsə satılıb. Bundan əlavə, qadının avtomobili də eyni üsulla özgəninkiləşdirilib.
Təqsirləndirilən şəxs, mənzilin və avtomobilin satışı, notariat xərcləri və məhkəmə prosesində köməklik göstərilməsi adı ilə qadından ümumilikdə 9800 manat pul alıb. Ümumilikdə qadına 163 800 manat ziyan vurulub.
Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlayıb. Ali Məhkəmə isə bu qərarı dəstəkləyərək, dələduzluq cinayətinin sübutlarını təsdiqləyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kürdəmirdə vəzifəli şəxs 125 min manatlıq mənimsəmədə ittiham edilir
Milyonçu Bəxtiyar Dalinin zorlamağa cəhd etdiyi qadın müğənni imiş
Moskvada erməni iş adamının ailəsini qətlə yetirən şəxs ömürlük həbs olundu
Etibar Pirverdiyevin maaşı ilə bağlı yeni iddialar ortaya çıxdı
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açıldı
Ukraynadakı əməliyyatda tutulan azərbaycanlıların adları açıqlandı