Rusiyada ağır avtoqəza zamanı 6 nəfər ölüb

Rusiyanın Stavropol diyarının Georgiyevsk şəhərində üç minik avtomobili və yük maşınının toqquşması nəticəsində 6 nəfər ölüb, 1 nəfər xəsarət alıb.
Minval.info xəbər verir ki, hadisə Podqornoye kəndi yaxınlığında, Mineralnıye Vodı – Koçubey avtomobil yolunda baş verib.
Qəza nəticəsində xəsarət alan uşaqdır, o, xəstəxanaya yerləşdirilib və hazırda vəziyyətinin ağır olduğu bildirilir. Onun regional xəstəxanaya aparılması məsələsi həll olunur.
Hadisənin səbəbləri araşdırılır. Bölgədəki yol polisindən verilən məlumata görə, “Honda Prestige” markalı avtomobilin sürücüsü ötmə əməliyyatı zamanı qarşı hərəkət zolağına çıxıb və bu zaman avtomobil “Lada Niva”, “Toyota Corolla” markalı minik avtomobilləri və “Suzuki” markalı yük maşını ilə toqquşub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır