Rusiya XİN: Lavrov Çavuşoğlu ilə Qarabağı müzakirə edəcək
Rusiya xarici işlər naziri Sergey Lavrov iyunun 8-də Ankaraya səfər edəcək.
“Minval.info” APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, Lavrov türkiyəli həmkarı ilə görüşəcək və görüşdə ikitərəfli münasibətlər, Rusiyaya qarşı tətbiq olunan Qərbin qeyri-qanuni sanksiyaları şəraitində iqtisadi əməkdaşlıq müzakirə olunacaq.
Zaxarova danışıqlarda regional və beynəlxalq gündəmdə duran məsələlərlə bağlı fikir mübadiləsi aparılacağını söyləyib:
“İlk növbədə Ukraynadakı hazırkı vəziyyət, eləcə də Suriya, Liviya, Qarabağ nizamlanması, Balkanlar, Mərkəzi Asiya və Əfqanıstandakı vəziyyət müzakirə olunacaq”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İsveçdən qayıdan miqrantlara 37000 dollar təklif!
Çoxuşaqlı ailələrə aylıq 140 manat müavinət təklifi
Macarıstanda dizel avtomobil sahiblərinə pul müjdəsi!
Husilər Yəməndə irəliləyir: Sahil xətti tam nəzarətdə!
Nepalda daşqın fəlakəti: 1 400 ölü, milyardlarla ziyan
Oman Hörmüz boğazı üçün diplomatik təşəbbüs edir
Husilər Qırmızı dəniz sahillərinə hakim oldu
