12.09.2026 - 17:03
Siyasət 13 baxış

Macarıstanda dizel avtomobil sahiblərinə pul müjdəsi!

Macarıstan hökuməti dizel avtomobil sahiblərinə yanacaq qiymətlərinin artması səbəbindən kompensasiya ödənişi həyata keçirəcək. Baş nazir Peter Magyar bu barədə özünün sosial media hesabında məlumat verib.

Minval.info xəbər verir ki, mühərrik gücü 150 at gücündən az olan dizel avtomobillərinin sahibləri üçün 20.000 forint (təxminən 64 dollar) məbləğində kompensasiya nəzərdə tutulub. Magyarın sözlərinə görə, hər ailə ayda bir dəfə avtomobilini yanacaqla doldurur və qiymət artımı səbəbindən hər doldurma üçün təxminən 5000 forint fərq yaranır.

Bu subsidiya kənd təsərrüfatı məhsulları istehsalçılarına və fərdi sahibkarlara da şamil ediləcək.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: