12.09.2026 - 10:31
Siyasət 9 baxış

Çoxuşaqlı ailələr üçün müavinət artımı gündəmdə

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov, çoxuşaqlı ailələr üçün sosial müavinətlərin artırılması və pensiya yaşının azaldılması ilə bağlı yeni təkliflər irəli sürüb. Təkliflərə əsasən, üç və daha çox uşağı olan ailələr çoxuşaqlı ailə hesab ediləcək və bu ailələrə dövlət büdcəsindən sosial müavinət veriləcək.

Minval.info xəbər verir ki, hazırda beş və daha çox uşağı olan ailələr üçün müəyyən güzəştlər mövcuddur. Bu ailələrdə anaların və bəzi hallarda ataların pensiya yaşı beş il azaldılır. Eyni zamanda, beşdən çox uşağı olan ailələrə dövlət büdcəsindən sosial müavinət ödənilir. Yeni təkliflərə əsasən, sosial müavinətlərin təyin edilməsi üçün mövcud meyarın altı uşaqdan üç uşağa, pensiya yaşına tətbiq olunan güzəştlər üzrə isə beş uşaqdan üç uşağa endirilməsi nəzərdə tutulur.

Vüqar Bayramovun sözlərinə görə, bu dəyişikliklər 250 mindən artıq ailənin dövlət büdcəsindən aylıq sosial müavinət almasına imkan yarada bilər. Bu isə həmin ailələrdə uşaqların sayına uyğun olaraq hər bir uşağa görə aylıq sosial dəstəyin göstərilməsi deməkdir. Eyni zamanda, bu yanaşma çoxuşaqlı ailələr üçün pensiya yaşında tətbiq edilən güzəştlərin də genişləndirilməsinə imkan verə bilər. Təkliflər artıq təqdim olunub və aidiyyəti dövlət qurumları tərəfindən maliyyə imkanları və mümkün fiskal yük qiymətləndirildikdən sonra müzakirələr davam etdiriləcək.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: