12.09.2026 - 17:38
Siyasət 15 baxış

Çoxuşaqlı ailələrə aylıq 140 manat müavinət təklifi

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov, çoxuşaqlı ailələrə verilən sosial müavinətlərin artırılması və pensiya yaşının azaldılması ilə bağlı yeni təkliflər irəli sürüb. Təkliflərə əsasən, üç və daha çox uşağı olan ailələr çoxuşaqlı ailə hesab ediləcək və bu ailələrə dövlət büdcəsindən aylıq 140 manat müavinət ödəniləcək.

Minval.info xəbər verir ki, hazırda beş və daha çox uşağı olan ailələr üçün müəyyən güzəştlər mövcuddur. Bu güzəştlərə əsasən, anaların və bəzi hallarda ataların pensiya yaşı beş il azaldılır. Yeni təkliflərdə isə bu meyarın üç uşağa endirilməsi nəzərdə tutulur.

Vüqar Bayramov bildirib ki, bu dəyişikliklər mərhələli şəkildə həyata keçirilə bilər. İlk mərhələdə beş uşağı olan ailələrə, daha sonra isə dörd və üç uşağı olan ailələrə də müavinətlərin verilməsi planlaşdırılır. Bu yanaşma, həmçinin çoxuşaqlı ailələr üçün pensiya yaşında tətbiq edilən güzəştlərin genişləndirilməsinə imkan verə bilər.

Təkliflər artıq aidiyyəti dövlət qurumlarına təqdim edilib və maliyyə imkanları qiymətləndirildikdən sonra müzakirələr davam etdiriləcək.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: