Rusiya qoşunları Ukraynanın İlan adasını tərk edib
Rusiya qoşunları Ukraynanın İlan adasını tərk edib.
“Report” xəbər verir ki, bu barədə Ukraynanın “Cənub” əməliyyat komandanlığı məlumat yayıb.
“Gecə saatlarında raket və artilleriya bölmələrimizin uğurlu hərbi əməliyyatı nəticəsində düşmən iki sürətli qayıqla qarnizonun qalıqlarını tələm-tələsik təxliyə edib və ehtimal ki, adanı tərk edib. Hazırda adada yanğındır və partlayış səsləri eşidilir. Əməliyyatın yekun nəticələri araşdırılır”, – komandanlıq bildirib.
Xatırladaq ki, İlan adası uğrunda döyüşlər fevralın 24-də – müharibənin ilk saatlarında başlayıb. Eyni gün saat 22:00-da rəsmi Kiyev adanın işğal edildiyini açıqlayıb. Adanı qoruyan hərbçilərin öldüyünə dair məlumat yayılsa da, sonradan onların əsir düşdüyü məlum olub.
Aprelin 13-də adanın ələ keçirilməsində mühüm rol oynayan Rusiyanın “Moskva” raket kreyseri Ukrayna Silahlı Qüvvələri tərəfindən məhv edilərək batırılıb. Bundan başqa, ada “Bayraktar” TB-2 PUA-larının daimi bombardımanı altında qalıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Almatı"nın voleybolçusu təqibçilərini darıxmağa qoymur
İrina Şeykin cazibədar rəqsi - VİDEO
ÜST rəhbəri: Dünya 2022-ci ildə COVID-19 pandemiyasına son qoya bilər
Buster doza vurdurmayanlar qapalı məkanlarda cərimə oluna bilərmi?
"Conson bizi təcrid edirdi, partiyası onu təcrid etdi"
"İmkanlı şəxs əhd etmir ki, pul qazanıb kiməsə xərcləyəcəm" - Nazilə Səfərli