Rusiya prezidenti Bakıda dünya çempionatını izləyəcək
Rusiya prezidenti Vladimir Putin Azərbaycana səfəri zamanı cüdo üzrə dünya çempionatını da izləyəcək.
“Report”un “Inside the Games” nəşrinə istinadən verdiyi məlumata görə, sentyabrın 25-də Bakıda olacaq V.Putin Milli Gimnastika Arenasına yollanacaq.
O, çempionatın altıncı yarış gününün görüşlərini izləyəcək. Həmin gün Rusiya təmsilçilərindən tatami üzərinə kişilərdən Avropa çempionu və “Bakı 2015” I Avropa Oyunlarının qalibi Kirill Denisovla Niyaz İlyasov (hər ikisi 100 kq), həmçinin qadın cüdoçu Aleksandra Babintseva (78 kq) çıxacaq.
V.Putin 8-ci dan qara kəmər sahibi və Beynəlxalq Cüdo Federasiyasının (IJF) fəxri prezidentidir. O, IJF prezidenti Marius Vizerin yaxın dostu sayılır. Rusiyanın dövlət başçısı ötən il Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş dünya çempionatında, eləcə də 2012-ci il London Yay Olimpiya Oyunlarında və “Bakı 2015” I Avropa Oyunlarında da iştirak edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Alkoqol sonrası yaddaş itkisi: Səbəbləri nədir?
Ofeliya Sənani bədbəxt hadisə nəticəsində xəsarət alıb
Beşiktaş Luiz Arauxonu heyətinə qatır
Mourinyo: "Real"dakı münaqişəyə qarışmadım!
Sabah ÇL tarixində: 11 ölkədən 11 futbolçu!
Sabah Çempionlar Liqasında Mançesterə uduzdu: 0:4
Nişanlısı Coşqunun faciəsini göz yaşları ilə danışdı