Roza Zərgərlinin oğluna niyə ev verilib?
Xəbər verdiyimiz kimi, müğənni Roza Zərgərlinin oğlu Corc Qafarova Prezident İlham Əliyev mənzil verib.
ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən “Unikal”ın sorğusuna cavab olaraq bildirilib ki, Corc Qafarova dövlət tərəfindən mənzil verilməsi qanunvericiliyə uyğun olaraq həyata keçirilib.
Bildirilir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Soial Xidmətlər Agentliyinə təqdim edilmiş və Suraxanı rayonu 2 saylı Uşaq Evindən 11.03.2022-ci il tarixində verilmiş arayışda onun 2005-ci ildə “Ümid Yeri” Uşaq Sığınacağından Suraxanı rayonu 2 saylı Uşaq Evinə yerləşdirildiyi qeyd olunub.
Corc Qafarov 282 saylı orta məktəbin XI sinfini bitirib və Uşaq Evində yaşadığı müddətdə heç bir yaxın qohumu ilə əlaqəsi olmayıb.
Övladlığaverilmə prosesi 18 yaşınadək olan uşaqlara şamil edildiyi üçün 24.02.1995-ci il təvəllüdlü Corc Qafarov rəsmi olaraq övladlığa verilməyib.
Qeyd olunanları nəzərə alaraq dövlət uşaq müəssisəsinin məzunu olaraq 04.07.2022-ci il tarixində Abşeron rayonunda yerləşən yeni yaşayış kompleksindən 1 otaqlı mənzil təqdim olunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məhkəmə nazirlik əməkdaşının çənəsini sındıran idmançı ilə bağlı qərar verdi
“Bakıdan hər gün rayonlara getməyə icazə var” - Getmək var, dönmək yoxdur
Azərbaycanda ölümlə nəticələnən qəzanın görüntüləri - ANBAAN VİDEO
Gecə 4 badam isladıb səhər yeyin – Möcüzə üsul
Bakıda sıxlıq olan yollar - SİYAHI
Azərbaycan niyə Çin peyvəndini seçdi - TƏBİB cavab verdi
II qrup əlil pensiyadan məhrum olduğu üçün intihar edib?