Ronaldo: "İlk qolu vurmağı çox istəyirdim"
“Yuventus”un futbolçusu Kriştiano Ronaldo 2 qol vurduğu və “Sassuolo”nu 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.
Minval.info goal.az-a istinadən xəbər verir ki, portuqaliyalı forvard A Seriyasında qol hesabını açdığı üçün xoşbəxt olduğunu deyib:
“Çox xoşbəxtəm. “Sassuolo” yaxşı müdafiə olundu, lakin biz daha yaxşı oyun sərgilədik. İlk qolu vurmağı çox istəyirdim. Amma təbii ki, əsas olan komandanın 3 xal qazanmasıdı. Qol vura bilmədiyim üçün hamı danışırdı. Bu da bir az məni narahat edirdi. Çox çalışırdım və qol vuracağımı bilirdim. Artıq İtaliya futboluna uyğunlaşıram”.
Əvvəlki üç turda rəqib qapılarına yol tapa bilməyən Ronaldu, bu turda dubla imza atmağa nail olub. O, öncə 50-ci dəqiqədə matçda hesabı açıb. 65-ci dəqiqədə isə Kriştianu dublunu rəsmiləşdirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Alkoqol sonrası yaddaş itkisi: Səbəbləri nədir?
Ofeliya Sənani bədbəxt hadisə nəticəsində xəsarət alıb
Beşiktaş Luiz Arauxonu heyətinə qatır
Mourinyo: "Real"dakı münaqişəyə qarışmadım!
Sabah ÇL tarixində: 11 ölkədən 11 futbolçu!
Sabah Çempionlar Liqasında Mançesterə uduzdu: 0:4
Nişanlısı Coşqunun faciəsini göz yaşları ilə danışdı