Rezidentura imtahanında son mərhələ: 996 namizədin taleyi bu tarixdə həll olunur!
Dövlət İmtahan Mərkəzi (DİM) 9 avqust 2026-cı il tarixində rezidenturaya qəbul imtahanının ikinci mərhələsini təşkil edəcək.
Minval.info xəbər verir ki, imtahan Bakıda DİM-in elektron imtahanlar korpusunda və Naxçıvan şəhəri 4 saylı orta məktəbdə elektron formada keçiriləcək.
İmtahan iki növbədə baş tutacaq: birinci növbə saat 10:00-da, ikinci növbə isə saat 15:00-da başlayacaq. İmtahan müddəti 2 saat 30 dəqiqədir və iştirakçılar saat 09:45 və 14:45-də imtahan binasına daxil olmalıdırlar. Bu vaxtdan sonra gələnlər imtahana buraxılmayacaq.
ƏLAQƏLİ
Bakıda avtobus marşrutlarında müvəqqəti dəyişiklik: Hansı küçələrdən istifadə edilməlidir?
İştirakçılar “İmtahana buraxılış vərəqəsi”ni çap edərək imtahana gətirməlidirlər. Bu vərəqədə imtahanın keçiriləcəyi yer, bina, zal və başlanma vaxtı kimi məlumatlar əks olunub. Namizədlər imtahan qaydaları ilə “Yaddaş kitabçası”nda tanış ola bilərlər.
İmtahana gələn namizədlər şəxsiyyət vəsiqəsi və “İmtahana buraxılış vərəqəsi”ni təqdim etməlidirlər. Hər hansı sənədin olmaması və ya uyğunsuzluq halında namizəd imtahana buraxılmayacaq.
İmtahanın ikinci mərhələsində iştirak etmək üçün 996 namizəd qeydiyyatdan keçib. Onlardan 360-ı oğlan, 636-sı isə qızdır. 831 namizəd Azərbaycan bölməsinin, 165 namizəd rus bölməsinin məzunudur. 426 namizəd cari ilin, 570 namizəd isə əvvəlki illərin məzunudur. 3 nəfər isə xarici ölkə vətəndaşıdır. Bakı şəhərində 957, Naxçıvan şəhərində isə 39 namizədin imtahan verəcəyi gözlənilir.
ƏLAQƏLİ
Azərbaycanda şəhər və kəndlərdə təhsil uçurumu: Statistika nə göstərir?
İmtahanın idarə olunması üçün 12 zal administratoru, 67 zal nəzarətçisi və 11 buraxılış rejimi əməkdaşı təyin edilib.
Qeyd edək ki, bu mərhələdə iştirak edəcək 996 nəfərdən 314-ü ötən illərdəki imtahan nəticələrinə görə, 682 nəfər isə builki imtahanlarda məqbul qiymət aldığı üçün ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda şəhər və kəndlərdə təhsil uçurumu: Statistika nə göstərir?
Cənubi qafqazda yeni dönəm: Azərbaycan mövqeyini dəyişir?
Qurban qurbanov: Qarabağın uğur sirrini açan məşqçi fenomeni
Bakı-Tiflis qatarında yeni dövr: Bilet satış müddəti uzadıldı!
Dağlarda yağış və şimşək: Avqustun sərin sürprizləri