“Renta Car”ın sahibi Bakıda avtoxuliqanlıq etdi - Video
Səhər saat 05:30 radələrində paytaxtın Binəqədi rayonu, Eldar Babayev küçəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, “Niva” markalı, 10 MP 109 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Mustafayev Həmzə Şəadət oğlu maşını içkili vəziyyətdə divara çırpıb.
Sürücü paytaxt küçələrində təhlükəli manevrlər edib, yol hərəkəti qaydalarını kobud şəkildə pozub, yol patrul xidmətinin “Dayan” əmrinə tabe olmayaraq, sürət həddini aşıb.
H.Mustafayev və maşında olan Ramin Tağıyev təcili olaraq 1 sayılı Şəhər Klinik xəstəxanasına çatdırılıb.
H.Mustafayevin çənəsi sınıb, R.Tağıyevə isə sifətin yumşaq toxumalarının əzilməsi diaqnozu qoyulub. Vəziyyətləri orta-ağırdır. Hadisə nəticəsində avtomobil yararsız hala düşüb.
Qeyd edək ki, “Niva”nın sürücüsü Həmzə Mustafayev “Renta Car”ın sahibidir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Almaniyada bələdiyyə sədri qaçqınlara görə bıçaqlandı
Azərbaycanda dəhşətli qəza - Bələdiyyə sədri öldü
Cəlilabadda ağır yol qəzası - 1 ölü, 4 yaralı
Bakıda ərəblərin olduğu avtomobil qəzaya uğradı – Yaralılar var – VİDEO
Lənkəranda 18 yaşlı gənc itkin düşüb - FOTO
Bəzi energetik içki istehsal edən şirkətlər cəzalandırılıb
Bakıda kafedə güclü yanğın