17.01.2022 - 13:30
İdman
22 baxış
"Real Madrid" İspaniya Super Kubokunun 12 qat qalibi olub
Futbol üzrə İspaniya Super Kubokunda final oyunu keçirilib.
Minval.info-nun məlumatına görə, həlledici görüşdə “Real Madrid” və Bilbao “Atletik”i üz-üzə gəlib. Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyaddakı “Kral Fəhd” stadionunda təşkil olunmuş qarşılaşma Madrid komandasının qələbəsi ilə yekunlaşıb – 2:0. Hesabı 38-ci dəqiqədə Luka Modriç açıb. 52-ci dəqiqədə isə Kərim Benzema penaltini dəqiq yerinə yetirib.
87-ci dəqiqədə “kral klubu” Eder Militaonun meydandan qovulması səbəbindən azlıqda qalıb. Lakin “Atletik” say üstünlüyündən yararlana bilməyib.
Bununla da “Real Madrid” tarixində 12-ci dəfə İspaniya Super Kubokuna sahib olub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Alkoqol sonrası yaddaş itkisi: Səbəbləri nədir?
13.09.2026 - 21:38
Ofeliya Sənani bədbəxt hadisə nəticəsində xəsarət alıb
13.09.2026 - 16:51
Beşiktaş Luiz Arauxonu heyətinə qatır
13.09.2026 - 13:21
Mourinyo: "Real"dakı münaqişəyə qarışmadım!
12.09.2026 - 16:35
Sabah ÇL tarixində: 11 ölkədən 11 futbolçu!
11.09.2026 - 18:53
Sabah Çempionlar Liqasında Mançesterə uduzdu: 0:4
11.09.2026 - 09:54
Nişanlısı Coşqunun faciəsini göz yaşları ilə danışdı
11.09.2026 - 08:58
Sabah "Old Trafford"da tarixi imtahana çıxır
10.09.2026 - 20:22