Ərdoğan: Əlcəzairdə beş milyon insan qətlə yetirmisiniz
Siz Əlcəzairdə beş milyon insan qətlə yetirmisiniz. İndi gəlib bizə dərs keçirsiniz?
Oxu.Az-ın xəbərinə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən dünya müsəlman azlıqların toplantısında bildirib.
“Bu gün yüzdən çox ölkədən 250 müsəlman lider, təmsilçi, akademik və yazar qonağımızdır”, – deyən Ərdoğan Qərb ölkələrini ikili standartlarda və ayrıseçkilikdə ittiham edib:
“Qərb dünyası İslam üzərindən öz həyat tərzini başqalarına qəbul etdirməyə çalışır. Terrorçu qruplaşmalar da həmin layihələrdən biridir”.
O bildirib ki, Almaniya, Hollandiya, Belçika və Fransa irqçilərin məskənidir:
“Fransada baş örtüklü qadınlara hücum edilir. Fransa qaraçıları ölkədən qovur. Avropa İttifaqının qanunlarında bununla bağlı bir maddə varmı?
Ancaq biz qaraçılarla bir yerdə yaşayırıq. Mən onların içində yaşadım.
Bələdiyyə başçısı, millət vəkili, baş nazir və prezident oldum”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Paşinyan: Baş nazir olduğum günə lənət olsun
Mariya Zaxarovanın mahnısı dinləyicilərlə görüşdü
Merts Almaniyada etirazçıların hədəfində: "Rədd ol!" şüarı
Meloni İtaliyada yeni siyasi rekord qırdı
Putindən Zelenskiyə cavab: "Terrorçularla danışıqlar aparılmır"