Rayonun 7 kəndində toy sahibləri cərimələndi

Samuxda karantin qaydalarını pozanlar məsuliyyətə cəlb olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Minval.info-ya verilən məlumata görə, Samux rayon Polis Şöbəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman, rayonun Ağasıbəyli, Lək, Qaradağlı, Poylu, Kolayır, Tatlı və Burunqovaq kəndlərində karantin qaydalarının pozularaq toy məclisi keçirilməsini aşkar edib.
Araşdırmalar zamanı məlum olub ki, hər 7 ünvanda ev sahibləri 150 nəfərdən artıq qonaq çağırmaqla övladına toy mərasimi təşkil edib.
Polis əməkdaşları iştirakçılarla profilaktiki söhbətlər apararaq karantin qaydalarını xatırladıb və mərasim təşkilatçıları barədə inzibati protokol tərtib edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır