"Range Rover"lə YPX maşınını vuran sərxoş sürücü HƏBS EDİLDİ - FOTO
İyunun 21-i paytaxtın Heydər Əliyev prospektində qaydaları pozan 10-VP-999 qeydiyyat nişanlı “Range Rover” markalı avtomobilin sürücüsü yol polisinin saxla işarəsinə məhəl qoymayaraq qaçmağa çalışıb.
Buta.ws xəbər verir ki, bu zaman yol polisi əməkdaşları onu saxlamağa çalışarkən sürücü 99-YP-457 qeydiyyat nişanlı YPX avtomobilini qəsdən vuraraq qaçıb. Daha sonra sürücü süni tıxac yaradılaraq dayandırılıb.
Saxlanılan zaman məlum olub ki, avtomobili idarə edən Qasımzadə Davud Mirqabil oğlu sərxoş vəziyyətdədir.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi polis polkovniki Vaqif Əsədov açıqlamasında bildirib ki, sürücü barəsində toplanılmış materiallar baxılması üçün Sabunçu rayon Məhkəməsinə göndərilib.
İnzibati Xətalar məcəlləsinin 333.3, 511.1.3 və 535.1-ci maddələri ilə təqsirli bilinən sürücü məhkəmənin qərarı ilə 30 gün müddətinə inzibati qaydada həbs edilib və sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır