11.10.2026 - 11:34
8 il sonra üzə çıxan cinayət: biznesmen 3 yaşlı qızına təcavüz edirmiş
Kriminal 198 baxış

8 il sonra üzə çıxan cinayət: biznesmen 3 yaşlı qızına təcavüz edirmiş

Moskvada 42 yaşlı bir şəxs öz qızına qarşı cinsi təcavüzdə ittiham edilir. Publika.az-ın məlumatına görə, bu barədə “mk.ru” xəbər yayıb.

Bildirilir ki, həmin şəxs biznesmen olaraq fəaliyyət göstərir və təcavüz hərəkətlərini evdə tək qaldığı zaman törədib. Müstəntiqlər hadisənin qızın üç yaşı olarkən baş verdiyini bildirir. Uşaq o dövrdə baş verənləri anlamayıb, lakin səkkiz il sonra anasına danışaraq yardım istəyib. Bu açıqlamadan sonra kişi saxlanılıb.

Rusiya Cinayət Məcəlləsinin 132-ci maddəsi üzrə cinayət işi açılıb. Məlumata görə, şübhəli Moldovadan gəlmədir və sahibkarlıqla məşğuldur. O, əvvəllər sənəd saxtakarlığı da daxil olmaqla, iki dəfə məhkum olunub. Lakin özünü günahkar hesab etmir.

Azyaşlı qız ağır stress keçirir və onun psixoloji vəziyyəti qeyri-sabitdir. Hazırda psixoloqun nəzarəti altındadır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: