Raqif Abbasovun 12 il həbsi tələb edildi
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin keçmiş rəisi Raqif Abbasov və bu idarənin maliyyə-iqtisadiyyat sektorunun keçmiş müdiri Eldəniz Qulamovun məhkəmə istintaqı yekunlaşıb. Publika.az-ın məlumatına görə, onların məhkəməsi Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilib.
Bu gün keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış edib və təqsirləndirilən şəxslərə qarşı irəli sürülən ittihamların əsaslı olduğunu bildirib. Məhkəmə istintaqı zamanı ittihamların təsdiqləndiyi qeyd edilib.
Prokuror, Raqif Abbasov və Eldəniz Qulamovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək külli miqdarda mənimsəmə törətdiklərini vurğulayıb. Hər iki şəxsin 12 il müddətinə azadlıqdan məhrum edilmələri və məhkəmə salonunda həbs olunmaları tələb edilib.
Hakim Eldar İsmayılov, vəkillərə müdafiə çıxışlarına hazırlıq üçün vaxt verib.
Xatırladaq ki, Raqif Abbasov və Eldəniz Qulamov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb olunublar. Onların əməlləri nəticəsində Gənclər və İdman Nazirliyinə 800 min manat ziyan vurulub. Bu məbləğin 100 min manatı Raqif Abbasov tərəfindən ödənilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Dələduzluq edən şirkət rəhbəri saxlanıldı
Şirkət rəhbəri tikinti üçün aldığı 1.3 milyon manatı mənimsəyib
Ramiz Əzizbəylinin kürəkəni həbs edildi
General Zeynalov və kapitan Bayramovun "şabalıd davası" sona çatdı
8 il sonra üzə çıxan cinayət: biznesmen 3 yaşlı qızına təcavüz edirmiş
Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi