Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi
Türkiyəli keçmiş model Deniz Akkaya ilə bağlı məhkəmə işində yekun qərar verilib. Baku.ws-ın məlumatına görə, Akkaya qızına qarşı törətdiyi şiddət ittihamı ilə 7 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, hadisə iki il əvvəl, 2024-cü ildə baş vermişdi. İlkin ifadəsində Deniz Akkaya özünün qızının hücumuna məruz qaldığını iddia etsə də, 15 yaşlı qızı anası tərəfindən fiziki şiddətə məruz qaldığını bəyan etmişdi.
İlk məhkəmə prosesində Akkaya 4 ay müddətinə həbs cəzası almışdı. Lakin qızının vəkilinin bu qərardan narazı qalaraq etiraz etməsi ilə iş yenidən araşdırılmağa başlanmışdı.
Məhkəmə iclasında Deniz Akkayanın əvvəllər də cinayət məhkumluğu olduğu nəzərə alınaraq, bu dəfəki cəzanın təxirə salınmasından imtina edilib. Yekun iclasda hakim onun 7 ay 15 gün müddətinə azadlıqdan məhrum edilməsinə qərar verib.
Hökm qanuni qüvvəyə minəcəyi təqdirdə, keçmiş model həbs cəzası alaraq cəzaçəkmə müəssisəsinə göndəriləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bir gündə 84 nəfər saxlanıldı, 45 cinayətin üstü açıldı
Ana və ögey ata uşaqlara işgəncəyə görə həbs edildi
Ağdamda paltar yuma mübahisəsi ağır cinayətlə nəticələndi
Afət Fərmanqızı məhkəmə qərarı ilə 7 min manat ödəyəcək
Ali Məhkəmə SOCAR-ın keçmiş direktoru ilə bağlı qərarını açıqladı
Polis "intiqam pornosu" şikayətlərini araşdırmaqda zəiflik göstərir
Bakıda qətl hadisəsi ilə bağlı məhkəmədə yeni ifadələr səsləndi