General Zeynalov və kapitan Bayramovun "şabalıd davası" sona çatdı
Baku.ws-ın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin sabiq rəis müavini, general-mayor Raul Zeynalovun zərərçəkmiş kimi tanındığı “şabalıd davası” ilə bağlı məhkəmə araşdırması yekunlaşıb.
Bakı Hərbi Məhkəməsində keçirilən iclasda, FHN-də işləmiş kapitan Ayaz Bayramov təqsirli bilinərək 10 il 6 ay azadlıqdan məhrum edilib. O, general Zeynalovun 1 milyon manatını dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunurdu.
İşin təfərrüatlarına görə, Ayaz Bayramov Zeynalovla birlikdə Bakıda şabalıd ticarətinə başlayıb və bu işdən əhəmiyyətli qazanc əldə ediblər. Lakin alver alınmayanda Zeynalov Ayazı günahlandıraraq prokurorluğa şikayət edib.
ƏLAQƏLİ
Qaqik Tsarukyanın fırıldaqçılıq ittihamlarına cavabı: milyondolarlıq qalmaqal
Bayramov isə özünü təqsirli bilməyib və generalın ona pulları faizlə verdiyini, artığı ilə geri aldığını iddia edib. O, həmçinin Zeynalovun sifarişi ilə həbs edildiyini bildirib.
Məhkəmə prosesi bir il davam edib və hakim Zaur Hacıyevin sədrlik etdiyi məhkəmə kollegiyası ittihamların sübutlarla təsdiqini tapdığını bəyan edib. Zərərçəkmişlərə dəymiş ziyan ödənilməyib, barışıq əldə olunmayıb.
Qeyd edək ki, hakim Zaur Hacıyev bu işlə Bakı Hərbi Məhkəməsindəki fəaliyyətini başa vuraraq Bakı Ağır Cinayətlər Məhkəməsinə keçib.
ƏLAQƏLİ
8 il sonra üzə çıxan cinayət: biznesmen 3 yaşlı qızına təcavüz edirmiş
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
8 il sonra üzə çıxan cinayət: biznesmen 3 yaşlı qızına təcavüz edirmiş
Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi
Bir gündə 84 nəfər saxlanıldı, 45 cinayətin üstü açıldı
Ana və ögey ata uşaqlara işgəncəyə görə həbs edildi
Ağdamda paltar yuma mübahisəsi ağır cinayətlə nəticələndi
Afət Fərmanqızı məhkəmə qərarı ilə 7 min manat ödəyəcək