21.10.2026 - 14:04
“Real” Arda ilə bağlı bəyanat yaydı: Bu sistemə qarşıyıq
İdman 184 baxış

“Real” Arda ilə bağlı bəyanat yaydı: Bu sistemə qarşıyıq

“Real Madrid” klubunun televiziya kanalı, yarımmüdafiəçi Arda Gülərlə bağlı açıqlama yayıb. Publika.az xəbər verir ki, La Liqanın doqquzuncu turunda “Real”ın “Sevilya” üzərində 4-1 hesablı qələbəsinin 22-ci dəqiqəsində Gülər, onu tutan yarımmüdafiəçi Pekeyə dirsəklə zərbə endirib.

İspaniyalı oyunçu yerə yıxılaraq üzünü əlləri ilə örtüb. Hakim Mateo Buskets qayda pozuntusunu görməyib və video köməkçi hakim də hakimi monitora çağırmayıb.

Bu hadisədən sonra dava edən Feliks Korreya və Din Heysen sarı vərəqə ilə cəzalandırıldılar. Bir neçə dəqiqə sonra Gülər hesabı açıb. Daha sonra məlum oldu ki, VAR sistemi 21 yaşlı türkün dirsəyi ilə bağlı hadisəyə müdaxilə etməyib, çünki aydın vizual təsvir əldə olunmayıb.

Bəyanatda qeyd edilir ki, “Hər kəsə və hər şeyə qarşı. Həm inzibati, həm də media sisteminə qarşı. Bu sistemdə koordinasiyalı gündəm irəli sürənlər yalnız Gülər və Peke ilə bağlı mübahisəli bir epizoda diqqət yetirir, rəqibin dəfələrlə oyunçumuzu saxladığını görməzdən gəlirlər. İndi onlar iddia edirlər ki, görüntülər çatışmır, baxmayaraq ki, RMTV-də illərdir müəyyən bucaqların verilişlərdə göstərilmədiyini qeyd edirik və bizi sui-qəsd nəzəriyyəçiləri adlandırırlar.”

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: