19.04.2018 - 12:52
Gündəm 3 baxış

“Rahat” marketdən tutulan oğrunun döyülməsi ilə bağlı reaksiya: "Döyülməyib, yıxılıb" - VİDEO

“Rahat” marketlər şəbəkəsi mağazadan oğurluq edən şəxsin döyülməsi ilə bağlı bəzi saytlarda yayılan məlumatlara münasibət bildirib.

Marketlər şəbəkəsindən “Minval”a bildirilib ki, oğurluq edən şəxsin döyülməsi ilə bağlı yazılanlar doğru deyil: “Həmin şəxs mağazadan 19 ədəd “Alpen Gold” şokoladı götürüb. O, şokoladları gizlədərək çıxmaq istəyərkən əməkdaşlarımız onu mağazaya dəvətə edib. Lakin naməlum şəxs qaçmağa başlayıb. Hadisə axşam, hava qaralandan sonra baş verib. Qaçan şəxs qaranlıqda yıxılıb. Yıxılanda onun qaşının üstü əzilib. Yəni, həmin şəxsin market əməkdaşları tərəfindən döyülməsi qeyri-mümkündür. Çünki “Rahat”da mühafizəçilərin kimisə döyməsi, vurması qəti qadağan olunub”.

Marketlər şəbəkəsindən bildirilib ki, həmin şəxs Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin əməkdaşlarına təhvil edilib: “Bunu sübüt edən görüntülər də var”.

https://www.youtube.com/watch?v=pTMw25LZzqk

Qeyd edək ki, həmin yazı Musavat.com-un reportyoruna məxsusdur. O, özü hadisənin şahidi olub və qovğanın bir hissəsini lentə ala bilib.

Sözügedən yazının linki burada: Bakıda supermarketdə hadisə: Oğurluq edəni döydülər – FOTOLAR, VİDEO

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: