Qusarda restoran icarədarı 20 gün inzibati həbs edildi - FOTO

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə “Daymond” restoranında rəsmi portalda qeydiyyatda olmayan və karantin rejimi qaydalarının pozulması ilə müşahidə olan toy mərasiminin keçirilməsi müəyyən edilib.
Bu barədə Minval.info-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin (DİN) Quba Regional Qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov məlumat verib.
O bildirib ki, obyektin icarədarına əvvəlcədən edilən xəbərdarlığa baxmayaraq, onun insanların kütləvi iştirakı ilə müşahidə edilən toy mərasimi təşkil etdiyi aşkarlanıb.
Qusar Rayon Məhkəməsinin qərarı ilə restoranın icarədarı Elvin Tahirov İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq 20 gün inzibati qaydada həbs edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır
