“Quli”nin imperiyası təhlükə altında - Obyektlərinə göz dikdi...
2019-cu ildə kriminal aləm üçün ciddi nəticələrə səbəb olacaq iki önəmli hadisə baş verəcək.
“Qafqazinfo” “Rosbalt”a istinadən xəbər verir ki, bu ilin yaz və yayında iki kriminal avtoritet – Tariyel Oniani (Taro) və Əhməd Dombayev azadlığa çıxacaq.
Birincinin, sözsüz olaraq, “1 nömrəli qanuni oğru” olmaq istəyəcəyi qeyd olunur. Bunun üçün Taronun bütün şansları olduğu vurğulanır. Digəri isə azərbaycanlı avtoritetlər – Rövşən Canıyev, Vahid Süleymanov və Nadir Səlifovun klanının nüfuz dairəsində olan bazar biznesində mövqeyini gücləndirməyə çalışacaq.
Bu səbəbdən də bu ilin ilk yarısı kriminal aləmdə genişmiqyaslı “sxodka” və şiddətli çəkişmələrlə yadda qalacaq.
Qeyd edək ki, Tariyel Oniani artıq 10 ilə yaxındır ki, dəmir barmaqlılar arasındadır, lakin hələ də ən nüfuzlu “qanuni oğru”lar cərgəsindədir. Hesab edilir ki, onun Ded Xasanın güllələnməsi olayı ilə birbaşa əlaqəsi olub. Oniani 2019-un yazında azadlığa buraxılmalıdır, lakin onun Rusiya pasportu etibarsız sayıldığı üçün böyük ehtimalla, ölkədən deportasiya ediləcək. Daha əvvəl o, çirkli pulların yuyulması və cinayətkar dəstə təşkil etməkdə ittiham edilərək İspaniyada axtarışa verilmişdi.
Azadlığa buraxılacaq digər avtoritet Əhməd Dombayevin isə azərbaycanlı kriminal avtoritetlərin tabeliyində olan obyektləri nəzarətinə götürəcəyi proqnoz edilir. Əsas rəqibləri arasında isə Nadir Səlifovun (Quli) klanın üzvləri də var.

Fotoda: Əhməd Dombayev
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qəbələdə qonaq getdiyi evdən oğurluq edən şəxs saxlanılıb
Azərbaycanda daha bir qadın cinayəti - 26 yaşlı arvadını vəhşicəsinə öldürdü
Bakıda ağır qəza: ölən və yaralılar var
Azərbaycan ilk dəfə Avropa İttifaqına dəri ixracı həyata keçirəcək
Bakıda ərəb turist evdə görüşdüyü qızı döydü
Tələbə bıçaqlandı: "Yıxıla-yıxıla universitetə gəlib..."
Tovuzda da dağlıq ərazi yanır