Qubada üzərində "patı" aşkarlanan dəstə üzvləri saxlanılıb

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər planına uyğun olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində içərisində qadın üzvləri də olan dəstə ifşa olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov Minval.info-ya bildirib ki, Xaçmaz rayon sakini Elxan Əlifxanov, Bakı şəhər sakinləri Sərxan Ramazanov, H.Rzayeva və Ə.Rəsulova saxlanılıblar. Həmin şəxslərin üzərinə və yığışdıqları Qəçreş yaşayış massivindəki evə baxış zamanı “patı”, “şüşə” adlanan psixotrop maddə metamfetamin və narkotik tərkibli marixuana aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır
