Qubada ərlə arvadın intiharının təfərrüatı: "İçib başqa yerlərdə yatıb qalırdı..."
Ötən gün Qubada ərlə arvadın intihar etməsi ilə bağlı xəbərlər yayılıb. Belə ki, ötən il dekabrın 29-da intihar edən Susayqışlaq kənd sakini Səməd Bədirxanovdan 5 gün sonra həyat yoldaşı Bədirxanova Ceyran Kamal qızı da canına qəsd edib. O, özünü yaşadığı evin həyətindəki tövlədən asıb.
“Minval.İnfo” xəbər verir ki, məsələnin təfərrüatı ilə bağlı Open.az-a danışan kənd sakinləri bildirib ki, ailə ziyalı ailədir.
Sakinlərin sözlərinə görə, Səməd Bədirxanov içki aludəçisi olub: “İçki içməyinə baxmayaraq, çox yaxşı insan idi. Qardaşı uzun illər bələdiyyə sədri olub. Hörmətli ailədirlər. Lakin Səməd müəllim içəndən sonra şizofren vəziyyətində etdiklərinə nəzarət edə bilmirdi. Bəzən içib başqa yerlərdə yatıb qalırdı, gedib evinə gətirirdilər. Həmin vəziyyətdə ağzının danışığını da bilmirdi. Amma kiməsə söz atsın, ailəsinə və ya başqalarına qarşı şiddət göstərsin, belə şeyləri yox idi. Elə hadisə baş verən günü də içkili olub. Evdəkilər onu intihar edəndən sonra görüblər. Niyə edib, hansı vəziyyətdə edib məlum deyil. Həyat yoldaşı da ondan 5 gün sonra intihar edib. Səbəblərini prokurorluq araşdırır. Meyiti ekpertiza ediblər. Xəbərlərdə ailənin problemlərinin olduğunu deyiblər. Əslində ailənin heç bir sosial problemi olmayıb. Dolanışıqları da yaxşı olub”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Vəzifəli şəxslərə cinayət işi açıldı
Azad edilən ərazilərdə 73 mülki şəxs minaya düşüb, 24 nəfər ölüb - RƏSMİ
Göyçayda toyda 14 nəfər zəhərləndi - 5-i uşaqdır
Bakıda yaşayış binasında yanğın – Video
Şirvanda toyda tüstüdən zəhərlənənlərin sayı 19-a çatıb- VİDEO
Bakıda gənc məşq zamanı ağır xəsarət alıb