Qızıl məmulatlarının qanunsuz keçirilməsinin qarşısı alındı

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları zərgərlik məmulatlarının Azərbaycan Respublikasının gömrük sərhədindən qanunsuz olaraq keçirmə cəhdinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsindən Minval.info-ya verilən məlumata görə, Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında Bakı-İstanbul aviareysi ilə gedən Azərbaycan Respublikası vətəndaşı “Qırmızı Kanal”a keçərkən mütləq qaydada bəyan etməli əşyaları elektron və yazılı formada bəyan etməyib.
Vətəndaşın yükləri rentgen aparatından keçən zaman monitorda zərgərlik məmulatlarının təsvirləri görünüb. Yoxlama zamanı vətəndaşa məxsus qəhvəyi rəngli çamadanın və qara rəngli baqajın içərisində gömrük nəzarətindən gizlədilən 4 ədəd sırğa-üzük dəsti, 1 ədəd sırğa-üzük-klon dəsti və 1 ədəd qolbaq aşkar edilib.
Aşkar edilən predmetlər qızıldan hazırlanan, ümumi çəkisi 114 qram olan zərgərlik məmulatlarıdır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Vətən müharibəsi iştirakçısı vəfat edib - FOTO
Rüfət Əhmədzadənin meyiti aşkarlandı
Xaçmazda kanalda 66 yaşlı qadının meyiti tapıldı
FHN: İki nəfər dənizdə batma təhlükəsi ilə üzləşib
Həmin ailənin ölümünə səbəb zəhərli maddə olub? - TƏFƏRRÜAT- FOTO