Qazılan xəndəyə avtomobil düşdü - VİDEO
Yağışlı havada yolu yaxşı görməyən sürücü yol kənarında qaz borularının basdırılması üçün qazılan xəndəyə düşüb.
Hadisə gecə saatlarında paytaxtın Nizami rayonu Tofiq Abbasov küçəsində baş verib. Sürücü Amin Abbasov deyir ki, bir gün əvvəl aldığı avtomobili ilə gecə evinə gedərkən yol kənarında qazılan xəndəyi görməyib. Sürücü qarşıdan avtomobil gəldiyindən dar küçədə nəqliyyat vasitəsini kənara çəkib. Elə hadisə də bu zaaman olub.
Sürücü dərhal avtomobildən düşüb. O, mobil telefonun işığı ilə əraziyə baxdıqdan sonra müəyyən edib ki, qaz borusu üçün qazılan xəndəyə düşüb. Amin Abbasov iddia edir ki, ”Azəriqaz” istehsalat birliyinin əməkdaşları tərəfindən qazılan yolda təmirə dair heç bir xəbərdarlıq nişanı və təhlükəsizlik lenti olmayıb. Sürücü hətta səhər saatlarında əraziyə gələrək nişanın olmaması ilə bağlı telefonla da çəkiliş edib.
Ərazidə qazıntı işlərini aparan ”Azəriqaz” istehsalat birliyinin iş icraçısı Bəhmən Babayev deyir ki, bir neçə vaxtdır qazıntı işləri aparılan yolda nişanlar və təhlükəsizlik lenti olub.
Sürücü Amin Abbasov iddia edir ki, ona təxminən 700-1000 manat civarında ziyan dəyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır