Qazaxlar ermənilərdən qisas almaq üçün “Bakı” kafesinə hücum etdilər - VİDEO
Qazaxıstanın Karaqanda bölgəsinin Semey şəhərində bir qrup şəxs Yeni il şənliyi zamanı qətlə yetirilən gəncin qatilləri ilə hesab çəkmək üçün “Bakı” kafesinə hücum ediblər.
Oxu.Az bildirir ki, hadisənin maraqlı edən odur ki, gənc qazaxıstanlı ermənilərlə dava zamanı qətlə yetirilib, lakin yerli sakinlər “Bakı” kafesinin adından da bəlli olduğu kimi azərbaycanlılara məxsus olduğunun fərqinə varmayıblar (bəlkə də bilməyiblər).
Qəzəblənmiş insanları restoranın üzərində asılmış və Ermənistan bayrağına bənzəməyən Azərbaycan bayrağı belə dayandıra bilməyib.
İnsidentin videosu sosial şəbəkələrdə yerləşdirilib.
Qeyd edək ki, yeni il banketi zamanı restoranda bir neçə kişi arasında dava baş verib. Dava zamanı küçədə 23 yaşlı Karaqanda sakini aldığı bıçaq zərbələrindən ölüb.
Operativ axtarış tədbirləri nəticəsində üç nəfər müəyyən edilərək saxlanılıb: Torqom Malxasyan, Soxak Malxasyan və Kair Nadırbekov. Saxlanılanlar ağır cinayət törətməkdə ittiham olunurlar.
Karaqanda şəhər məhkəməsinin qərarı ilə onlara qarşı həbs qətimkan tədbiri həyata keçirilib. Həmçinin Karaqanda polis Departamentinin əməkdaşları Narek Qururyanı axtarışa veriblər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır