Qax meşəsində qanunsuz kömür hazırlayan iki ocaqxana aşkarlanıb (FOTO)

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları meşələrdə və meşəətrafı sahələrdə apardıqları monitorinqlər zamanı Qax rayonu meşəbəyliyinin ərazisində qeyri-qanuni yolla ağac kömürü istehsal edən iki ocaqxana aşkar edib.
Nazirlikdən Minval.info-ya verilən məlumata görə, qanunsuz fəaliyyətlə məşğul olan bəzi işbazlar tərəfindən kustar üsülla düzəldilmiş, heç bir yanğın təhlükəsizliyi qaydalarına cavab verməyən ocaqxanaların meşə ərazisində istismar edilməsi baş verə biləcək yanğının qısa zamanda geniş əraziyə yayılmasına, eləcə də təbiətə, insan həyatı və sağlamlığına təhlükə riskinin artmasına münbit zəmin yaradır.
Yuxarıda qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə “Azərbaycan Respublikası meşələrində yanğın təhlükəsizliyi Qaydaları”nın 2.1.1-ci maddəsinin tələbinə zidd olaraq meşə sahələrində ağac kömürü istehsal etmək üçün xüsusi ocaqxanalar təşkil etmiş şəxslər barəsində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətində inzibati iş açılaraq fakt rəsmiləşdirilib və qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti dövlət qurumlarına rəsmi müraciətlər edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yasamalda qəza zamanı sürücü özünü avtomobildən yerə atdı - VİDEO
Şabran sakini faciəvi şəkildə həyatını itirdi
Yediyi yeməkdən zəhərlənərək ölüb - Azərbaycanda
Azərbaycanda xəstəxanada yanğın oldu
Bakıda kişi onunla cinsi əlaqəyə girməyən keçmiş arvadını öldürdü
Şəhid Mübariz İbrahimovun ailəsi ilə bağlı yayılan xəbər yalan çıxdı


