Qarşısında heç nə duruş gətirmir: Dollar həftəyə rekordla başladı
Türkiyədə dolların məzənnəsi həftəyə yeni rekordla başlayıb.
Cebhe.info xəbər verir ki, məzənnə 18,4491 səviyyəsini görərk rekord səviyyəsini yeniləyib.
Keçən həftə FED-in faiz artırmasının təsiri və Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) 100 bəndlik faiz endirimi ilə dollar/TL məzənnəsi 2021-ci ilin dekabr ayında qeydə alınmış rekordunu yeniləmişdi.
Qlobal bazarlarda artıq heç bir valyuta dollar qarşısında dayana bilmir. Funtdakı böyük itkilərin təsiri ilə Bloomberg Dollar İndeksi 1,1 faiz artaraq 1354,5 punkta yüksəlib. Bu, rekord hədd hesab olunur.
Böyük Britaniyanın fiskal sabitliyinə şübhələr artıb və funt sterlinq 5%-ə qədər də dəyər itirərək 1,0384 dollara düşüb. Paketin inflyasiyanı daha da artıracağı gözlənilir.
Avro 0,7% ucuzlaşaraq son 22 ilin ən aşağı səviyyəsinə – 0,9550 dollaradək düşüb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Avropada qazın qiyməti 4 ilin zirvəsində!
Dollar ucuzlaşdı, qızıl dəyər qazandı
Müəllimlər üçün yeni maaş artımı şansı!
Gecikmiş 517 min manat işçilərə ödənildi
Ət bahalaşır, kəndli subsidiya ala bilmir
Neftin qiymətində artım: Brent 97 dolları keçdi
Lerikdə sakinlərin çəkdirdiyi yol üç günə dağıldı