Ət bahalaşır, kəndli subsidiya ala bilmir
Kənd Təsərrüfatı Nazirliyi, ölkədə iri və xırdabuynuzlu mal-qaranın sayının azalması və ətin qiymətinin artması səbəbindən yeni subsidiyalar tətbiq etməyi planlaşdırır. Lakin bu subsidiyaların kiçik və orta fermerlər üçün nə dərəcədə əlçatan olacağı sual altındadır.
Minval.info xəbər verir ki, yeni qaydalara əsasən, ən azı 100 hektar örüş və ya otlaq sahəsi olan, 500 baş və ya daha çox xırdabuynuzlu heyvana sahib təsərrüfatlara hər baş heyvan üçün 4 manat subsidiya ayrılacaq. Bu dəstəyi almaq üçün əsas tələblərdən biri otlaqlarda münbitliyin və biomüxtəlifliyin artırılmasıdır. Lakin ölkədə sıravi kəndlinin və ya orta fermerin bu şərtlərə uyğun gəlməsi nadir hallarda mümkündür.
Ekspertlər bildirirlər ki, 500 baş heyvanı olan təsərrüfat üçün illik 2 000 manat subsidiya mövcud xərclər fonunda kifayət etmir. Suvarma suyunun qiymətinin artması da nəzərə alınarsa, örüş yerlərinin suvarılması və qulluğu üçün çəkilən xərclər bu məbləği qat-qat üstələyir. Sektor nümayəndələri kiçik təsərrüfatların real imkanlarının və subsidiyaların səmərəliliyinin daha dəqiq hesablanmasını təklif edirlər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Avropa İttifaqı 42.6 milyon barrel neft ehtiyatını tezləşdirəcək
12 ölkə neft ehtiyatlarını dövriyyəyə buraxır
Yeni Suraxanı-Hövsan dəmir yolu xəttinin bərpası sürətləndirilib
Azad edilmiş ərazilərdə 230 hektar sahədə sənaye istixanası qurulacaq
Yeni qərar avtomobillərin qiymətində ciddi dəyişikliklərə səbəb olacaq
Volkswagen Çin rəqabətinə görə €5.8 milyard zərər açıqladı