Gecikmiş 517 min manat işçilərə ödənildi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti, yanvar-avqust ayları ərzində işəgötürənlər tərəfindən gecikdirilmiş 517,1 min manat məbləğində sosial xarakterli ödənişlərin işçilərə ödənilməsini təmin edib.
Minval.info xəbər verir ki, bu məbləğin 90 faizi əməkhaqqı, qalan 10 faizi isə zərərə görə ödənc, müavinət və kompensasiyalardan ibarət olub. Görülən tədbirlər nəticəsində işçilərə çatacaq vəsaitlər işəgötürənlər tərəfindən ödənilib.
Araşdırmalar zamanı Dövlət Əmək Müfəttişliyi Xidməti, 65 işçinin əmək müqavilələrinin qanunvericiliyin tələblərinə zidd olaraq xitam verildiyini aşkar edib. Xidmətin qanunvericiliyə uyğun olaraq həyata keçirdiyi tədbirlər nəticəsində həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyə 2027-ci il strategiyasında 13 turkorn yaratmağı hədəfləyir
Bu ərazilərdə ev almaq istəyənlər tələssin - Dəmir yolu qiymətləri dəyişəcək
Pensiya alanların diqqətinə: Gələn il artımlar necə hesablanacaq
Türkiyədə fond qalmaqalı: "Dünya" qəzetinin sahibi saxlanıldı
Rusiyalı zənginlər 28 milyard dollardan çox itirdi
Yanacaqla işləyən avtomobillər hansı tarixdə istismardan çıxarılacaq?