"Qardaşımı arvadı öldürüb, özü də tək başına yox..." - Efirdə qalmaqallı olay (Video)
Space Tv-də Amil Xəlilin təqdimatında yayımlanan sosial-kriminal layihə “Gəl dərdini danış” verilişində daha bir məsələ işıqlandırlıb.
Minval.info xəbər verir ki, İmişlidən verilişə müraciət edən Teyyub bəy qardaşının ölümündə gəlinlərini günhalandırıb.
“Onlar boşanacaqdı. Səhər qardaşım işə gedəndə arvadına deyib ki axşam evdə ya sən qalacaqsan, ya mən. Axşam qardaşım evə gələndə bizə zəng ediblər ki, qardaşınız ölüb. Bizə deyirlər ki, Hikmət qapıya çatanda yıxılıb dünyasını dəyişib”.
Hadisə yerinə baş çəkən teleaparıcı ölümün baş verdiyi ərazidə olub. Qardaşlar iddia edib ki, Hikmət sağlam biri olub.
“Arvadı deyir ki, qapını açdıq gördük ölüb. Amma yalan deyir. Qardaşım arvadının əxlaqında da problemlər var idi”, – deyə qardaşlar əlavə edib.
Amil Xəlil daha sonra adı çəkilən xanımla da əlaqə saxlayıb.
Ölümdə günahladırılan Xəyalə xanım iddiaların yalan olduğunu bildirib: “Onlar evimi əlimdən almaq üçün mənə şər atırlar. Mən qapını açanda gördüm ki, keçinib”.
Qeyd edək ki, veriliş həftə içi hər gün saat 16:00 da Amil Xəlilin təqdimatında Space Tv-də yayımlanır
https://youtu.be/zHQCDjJDmkY
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda azyaşlı əkizlərə işgəncə verilib
Bakıda dəhşətli intihar: Qadın özünü 17-ci mərtəbədən atdı - VİDEO
Bakıda 33 yaşlı kişi dənizdə batdı
Nəcməddin Sadıkov qəzaya düşdü - FOTO
Kürdəmirdə bələdiyyə sədrinin oğulları kənd sakinini bıçaqladılar - Fotolar
Bakıda qəza zamanı sürücülər arasında dava düşüb - VİDEO