Qardaşı oğlunu bıçaqlayan əmi intihar etdi

Avqustun 24-ü saat 21 radələrində Xaçmaz rayon sakini Əsgərbəyli Əliağa Aydın oğlunun kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına daxil olması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Xaçmaz rayon prokurorluğundan Minval.info-ya verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin əmisi Rövşən Əsgərbəylinin həmin gün saat 20 radələrində yaşadığı rayonun Qaraqurtlu kəndindəki evində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Əliağa Əsgərbəyliyə bıçaqla çoxsaylı xəsarətlər yetirməsinə, sonra da tüfənglə atəş açaraq intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb.
Hazırda istintaq davam edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır