03.11.2021 - 14:21
Mədəniyyət
3 baxış
“Qarabağ Zəfəri-Şuşa” kitabı çapdan çıxdı

Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevin “Qarabağ Zəfəri-Şuşa” kitabı çapdan çıxıb.
Minval.info xəbər verir ki, kitab 44 günlük müharibənin memarları olan Azərbaycan Ordusuna və bu günlər ərzində ordunun yanında olan Azərbaycan xalqının əzminə və qələbəsinə həsr edilib.
Şuşa istər yerləşdiyi coğrafi mövqe, istərsə də tarixi və mədəni imkanlarına görə ciddi şəkildə fərqlənir. Şuşa sadəcə coğrafi baxımdan Azərbaycanın Dağlıq Qarabağ üzərində suveren hüququnu nümayiş etdirən əsas yaşayış məntəqəsi kimi strateji əhəmiyyət kəsb edən bir yer deyil, eyni zamanda mədəniyyətin beşiyi, bir çox görkəmli sənətkarların, musiqiçi, memar, rəssam və ədiblərin, dünya mədəniyyət xəzinəsinə böyük töhfələr vermiş şəxsiyyətlərin yetişdiyi bir şəhərdir. Məhz bu baxımdan Şuşa şəhərinin tarixini və toponimlərini, omonimlərini və oykonimlərini öyrənmək Azərbaycan elmində mühüm işlərdən biri hesab edilir.
Təqdim edilən kitabda Azərbaycanın ən qədim şəhəri olan Şuşanın tarixi və işğala qədər olan dövrü və 2020-ci ildə azad olunmması və ondan sonra atılan addımlar araşdırılıb. Azərbaycan xalqının mədəniyyətində mühüm rol oynayan Şuşa şəhərində baş verən vacib hadisələr, şəhərin iqtisadi, siyasi, tarixi, mədəni həyatı sənədlərlə, qaynaqlarda, arxiv sənədlərində, yerli və xarici alimlərin tədqiqatların bilgisi ilə qələmə alınıb oxucuların önünə çıxarılıb.
Aydındır ki, xalqın tarixi kimi, sözün də tarixi var. Bu mənada tarixi-toponimik araşdırmalar keçmiş və ötənlər haqqında olsa da, keçmiş üçün yox, bu gün üçün, bu günü dərk etmək və sabahlara yol açmaq üçündür.
Qeyd edək ki, təqdim edilən kitab Zaur Əliyevin sayca 17-ci kitabıdır və burada dəyərli alimlərin və diaspor üzvlərinin rəyləri öz əksini tapmışdır.
Kitab geniş oxucu kütləsi və Qarabağ tarixini araşdıran tədqiqatçılar üçün nəzərdə tutulub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xalq artisti Tofiq Mirzəyev İsraildə dəfn olunacaq
22.07.2026 - 15:30
Xalq artisti Tofiq Mirzəyev vəfat etdi
22.07.2026 - 11:32
Miri Yusifin konsertinə böyük maraq
22.06.2026 - 13:44
Gülüstan Əliyeva səhnəni fəth etdi
19.06.2026 - 13:25
“Azadlıq damağında siqaret, soyunmaq deyil” – Məşhur idmançıdan sərt sözlər
05.02.2026 - 11:06
Meyxanada yeni döyüş meydanı: Elcanın layihəsi başladı
02.12.2025 - 12:53
Roza Cəlilova 97 yaşında vəfat etdi
19.11.2025 - 11:03
Yadigar Muradov vəfat etdi
18.11.2025 - 10:30