"Qarabağ" – "Olimpiakos" oyununu onlar idarə edəcək
Bakıda “Qarabağ” və Yunanıstan “Olimpiakos”u arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyunu üçün təyinatlar açıqlanıb.
“Minval.info” xəbər verir ki, qarşılaşma İngiltərədən olan hakimlər briqadasına tapşırılıb.
Baş hakim Kreyq Pausona Li Betts və Yan Hassin laysmanlar qismində köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Con Bruks yerinə yetirəcək.
Darren Con Herbert VAR hakimi, Peter Banks isə onun köməkçisi olacaq. Hakim-inspektor norveçli Con Skyervold, UEFA nümayəndəsi Bosniya və Herseqovinadan olan Milan Yankoviçdir.
Qeyd edək ki, oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq “Qarabağ” – “Olimpiakos” matçı saat 20:45-də başlayacaq. “Köhlən atlar” III turda Afinadakı görüşdə rəqibini 3 cavabsız qolla məğlub edib.
“Minval.info”
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Messi və Ronaldu eyni komandada oynayacaq!
Tibb müəssisələrində onlayn növbə sistemi genişlənir
Osimhen və Lemina 3 həftəlik sıradan çıxdı
Neftçi Şəfanı darmadağın etdi: 4:1!
Neymarın zədəsi: Santosda uzun fasilə gözlənilir
Sabah və Zirə liderlik üçün üz-üzə!
Luis Enrike PSJ ilə 2030-cu ilədək qalır