"Qarabağ"la oyun gözlədiyimizdən də çətin oldu" - Rafinya
“Avroliqaya qələbə ilə başlamaq çox vacib idi. Biz bilirdik ki, “Qarabağ”la oyun asan olmayacaq. Ancaq görüş gözlədiyimizdən də çətin oldu”.
Azxeber.com-un məlumatına görə, bu sözləri “Sportinq”in futbolçusu Rafinya Avropa Liqasının qrup mərhələsində “Qarabağ”a qalib gəldikləri oyundan sonra deyib.
Braziliyalı yarımmüdafiəçi “Sapo Desporto”ya açıqlamasında 2:0 hesablı qələbəni belə şərh edib: “Rəqib çox yaxşı oyun nümayiş etdirdi. Ona görə də qol imkanları yaratmaqda çətinlik çəkirdik. İlk hissədə hər iki komandanın qol vurmaq fürsəti oldu. İkinsi hissədə qol şansımızı qaçırmadıq və iki dəfə rəqib qapısına yol tapdıq”.
“Sportinq”in ilk qolunun, 2-ci qolda ötürmənin müəllifi olan Rafinya bu barədə də fikirlərini bildirib: “Komandama 3 xal qazanmaqda kömək etidiyim üçün şadam. Növbəti oyunlarda köməyimi davam etdirəcəm”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"“Qarabağ”ın qazandığı uğurlar erməni dğalarına ən gözəl cavabdır”
Fatih Terimin ilk transfer edəcəyi futbolçu bəlli oldu
“Səbail”in ulduzuna transfer təklifi – 500 min avro…
Mahir Emrelinin daha böyük çempionata keçəcəyi proqnozlaşdırılıb
Pep Qvardiola: "Mən pis insanam, itəm"
Ermənistanlı hakim-inspektor "Neftçi"nin oyununa təyinat alıb
Çempionlar Liqası: Yarımfinalın bütün iştirakçıları bəlli olub