"Qarabağ"ın rəqibi maliyyə problemi ilə üzləşib
“Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi olan Fransa “Marsel”i maliyyə problemi ilə üzləşib.
Minval.info-nun “L Equipe” nəşrinə istinadən məlumatına görə, Marsel şəhərinin eyniadlı təmsilçisi bu səbəbdən bəzi yüksək ödənişli futbolçularını satmaq niyyətindədir. Bildirilib ki, bu, klubun qış fasiləsində yeni transferlər həyata keçirə bilməsi baxımından da önəmlidir.
Komandadan göndərilməsi nəzərdə tutulan oyunçular Luis Enrike, Bubakara Kamara, Leanardo Balyerdi və Duye Çaleta-Tsardır. Liqa 1 təmsilçisi xüsusilə sonuncu ilə yolların ayrılmasında maraqlıdır. Çünki hazırda xorvatiyalı müdafiəçi komandada ən çox maaş alan və transfer dəyəri ən yüksək olan futbolçulardan biridir. 25 yaşlı oyunçunun təzminat məbləği 25 – 30 milyon avro arasında dəyərləndirilir.
Qeyd edək ki, “Qarabağ” “Marsel”lə ilk oyununu 2022-ci il fevralın 17-də səfərdə, cavab matçını isə bir həftə sonra Bakıda keçirəcək. Qarşılaşmalar müvafiq olaraq Bakı vaxtı ilə saat 00:00 və 21:45-də başlayacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Alkoqol sonrası yaddaş itkisi: Səbəbləri nədir?
Ofeliya Sənani bədbəxt hadisə nəticəsində xəsarət alıb
Beşiktaş Luiz Arauxonu heyətinə qatır
Mourinyo: "Real"dakı münaqişəyə qarışmadım!
Sabah ÇL tarixində: 11 ölkədən 11 futbolçu!
Sabah Çempionlar Liqasında Mançesterə uduzdu: 0:4
Nişanlısı Coşqunun faciəsini göz yaşları ilə danışdı