"Qarabağ"ın rəqibi baş məşqçisi ilə yollarını ayıra bilər
UEFA Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan Fransa “Marsel”i baş məşqçisi Xorxe Sampaoli ilə yollarını ayıra bilər.
Minval.info “Foot-sur7” nəşrinə istinadən xəbər verir ki, Liqa 1-də yaxşı nəticələr əldə olunsa da, Avropa Liqasındakı uğursuzluq rəhbərliyi narahat edib.
Bundan əlavə, “Marsel”in sərgilədiyi oyun da qənaətbəxş hesab edilmir. Bu səbəbdən 61 yaşlı argentinalı mütəxəssisin müqaviləsinə vaxtından əvvəl xitam verilə bilər.
Fransa mətbuatı komandanın sabiq baş məşqçisi Andre Villaş-Boaş və Əlcəzair millisinin sükanı arxasında olan Camel Belmadinin “Marsel”ə rəhbərlik edə biləcəyini yazıb.
Qeyd edək ki, “Qarabağ” “Marsel”lə ilk oyununu 2022-ci il fevralın 17-də səfərdə, cavab matçını isə bir həftə sonra Bakıda keçirəcək. Qarşılaşmalar müvafiq olaraq Bakı vaxtı ilə saat 00:00 və 21:45-də başlayacaq. Liqa 1-də 18 oyuna 33 xal toplan “Marsel” “Nitsa” ilə birlikdə 2-3-cü yerləri bölüşdürür.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
AFFA iki klubu cəzalandırdı
"Real" daha bir dünya ulduzunu transfer edir
Neymar 19 yaşlı müğənni ilə yaxalandı - FOTOLAR
İranda qadınların stadionda futbola baxmasına icazə verildi, amma...
Nikola Yurçeviç: "Qrupda böyük ehtimalla 5-ci pillədə qalacağıq"
Ronaldodan yeni rekordlar
Fatih Terim intihar etmək istəyən futbolçuya təklif yollayıb